Masallıdan olan yaralılar hərbi hospitalda ziyarət olunub Akif Ağayev (AZ-press.AZ) +FOTO=6

 Masallıdan olan yaralılar hərbi hospitalda ziyarət olunub Akif Ağayev (AZ-press.AZ) +FOTO=6

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və millət vəkili Məşhur Məmmədov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi geniş miqyaslı təxribatın qarşısını alarkən yaralanmış Masallı rayonundan olan hərbi qulluqçuları ziyarət ediblər.

Ziyarət zamanı rayon rəhbəri və millət vəkili yaralılar – Köçəkli kənd sakini Şamıyev Əliş Əhməd oğlu, Viləş kənd sakini Hüseynov Ceyhun Fərəməz oğlu, Qarğalıq kənd sakini Məmmədov Rasim Nicat oğlu, Ərəb kənd sakini Qasımov İbarət Məhərrəm oğlu və Qədirli kənd sakini Quliyev Nərməddin Azər oğlunun səhhəti ilə maraqlanıb, onları narahat edən məsələlər barədə söhbət aparıblar.

Ziyarətçilər əsgərlərimizin tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu ediblər.

Akif AĞAYEV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020