Sərbəst güləş üzrə millimiz 2 bürünclə DÇ-da 9-cu olub -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Sərbəst güləş üzrə millimiz 2 bürünclə DÇ-da 9-cu olub -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Serbiyanın paytaxtı Belqradda idman güləşi üzrə keçirilən dünya çempionatına sərbəst güləşçilərin çıxış ilə yekun vurulub. Təəssüflər olsun ki, Olimpiya çempionu Namiq Abdullayevin rəhbərliyi altında mundiala qatılan Azərbaycan yığması hec də gözlənilən nəticəni verə bilməyib. Hətta 3 qat dünya çempionu Hacə Əliyevin (65 kq) medalsız qaldığı bu çempionatda Azərbaycan komandası cəmi iki bürünc medal qazana bilib. Medallar Osman Nurmaqemedovla (92 kq) Maqomedxan Maqemedovun (97 kq) payına düşüb. Beləliklə, hər il ən pis halda Top-5-də yer alan Azərbaycan bu dəfə iki bürünc medal və topladığı 40 xalla yalnız 9-cu ola bilib. Bu yarışda ilk üç yeri ABŞ (198 xal) . İran (150 xal) və Yaponiya (70 xal) tutub.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığmamız 5 (1-1-3) dünyanın ikincisi, mundialla medalsız vidalaşan qadın yığmamız isə 13-cü olmuşdu.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)