BDU kollektivi akademik Rəfiqə Əliyevanın məzarını ziyarət edib

BDU kollektivi akademik Rəfiqə Əliyevanın məzarını ziyarət edib

 

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibəti ilə Fəxri xiyabana gələrək onun xatirəsini yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

 

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik olan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər BDU-nun Analitik kimya kafedrasında işləyib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olmuş akademik ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edib.

 

Akademik Rəfiqə Əliyevanın əziz və unudulmaz xatirəsi öz taleyini bağladığı və inkişafına böyük töhfələr verdiyi BDU-da həmişə ehtiramla yad edilir. Yaxın günlərdə BDU-nun təşkilatçılığı ilə görkəmli alimin 90 illik yubileyinə həsr edilmiş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020