Ermənistanda Putinin şəkilləri küçələrdən yığışdırıldı

Ermənistanda Putinin şəkilləri küçələrdən yığışdırıldı  

 

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanı ziyarət etdikdən və İrəvana hər cür dəstək verəcəyini bildirdikdən sonra ilk addım kimi Gümrüdəki Rusiya hərbi bazasının dağıdılmasını gözləmək olar.

 

Bu fikirləri erməni siyasi icmalçı Qalust Qriqoryan bidirib.

 

“Dünyanın fövqəldövləti Cənubi Qafqaza qayıdır və bununla - Türkiyə, Azərbaycan və Rusiya hesablaşmalı olacaq. Birləşmiş Ştatlar Rusiya Federasiyasının təcavüzü ilə mübarizədə Ukraynaya güclü dəstəyi ilə tanınır. İndi Pelosi bizə köməyə gəlib. Pelosinin gəlişinə Rusiya Prezidenti Vladimir Putinin şəkilləri, biabırçı "Əbədi Rusiya ilə" plakatları İrəvan küçələrindən çıxarıldı. Rusiyanın bütün bayraqları Ermənistan paytaxtının küçələrindən endirildi. Bu o deməkdir ki, Ermənistanının Rusiya diktaturası ilə heç bir əlaqəsi ola bilməz.

 

Ermənistan Cənubi Qafqazın Ukraynasıdır. Biz də ABŞ tərəfindən Azərbaycana qarşı sanksiyalar tətbiq olunmasını gözləyirik. Biz də Rusiyanı düşmən bilirik! Biz ABŞ tərəfindən maliyyə və hərbi yardımın ayrılmasını gözləyirik”, - deyə erməni ekspert qeyd edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020