BDU-nun rektoru Tarix fakültəsinin I kurs tələbələri ilə görüşüb

BDU-nun rektoru Tarix fakültəsinin I kurs tələbələri ilə görüşüb 

 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev I kurs tələbələri ilə silsilə görüşlərə başlayıb. Görüşlərin keçirilməsində məqsəd tələbələrə BDU-da həyata keçirilən tədris prosesi, Universitetin sosial həyatı barədə məlumat vermək, onların ali məktəb həyatına adaptasiyasına yardım etməkdir.

 

Növbəti görüş Tarix fakültəsinin I kurs tələbələri ilə keçirilib.

 

Rektor Elçin Babayev qeyd edib ki, 103 illik tarixə malik Universitetin 16 fakültəsində 25 mindən artıq tələbə təhsil alır. İndiyədək BDU 200 min nəfərədək ixtisaslı kadr yetişdirib. BDU məzunları müxtəlif qurumlarda, dövlət təşkilatlarında, eləcə də xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. BDU-nun ən böyük məzunu isə Ümummilli liderimiz Heydər Əliyevdir.

 

Elçin Babayev 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atan və getdikcə qüdrətlənməkdə olan ölkəmizin gənclərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Bildirib ki, xüsusilə Tarix fakültəsinin tələbələri tariximizi dərindən öyrənməli, təbliğ etməli, informasiya müharibəsində yaxından iştirak etməlidirlər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020