Masallıda uşaq birliyi təşkilatı rəhbərləri ilə görüş Akif Ağayev (AZ-press.AZ) +FOTO=3

Masallıda uşaq birliyi təşkilatı rəhbərləri ilə görüş Akif Ağayev (AZ-press.AZ) +FOTO=3

 

Masallı rayon Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun tam orta və ümumi orta ümumi təhsil məktəblərində çalışan uşaq birliyi təşkilatının rəhbərlərilə görüş keçirilib.

 

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov iştirakçıları yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayaraq qarşıda duran vəzifələr və görüləcək işlər barədə məlumat verib.

 

Tədbirdə 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələr, rayon gənclər və idman idarəsi ilə birlikdə məktəblərdə keçiriləcək tədbirlər və digər məsələlər barədə müzakirələr aparılıb, yerlərdə nümayəndələr təyin olunub.

 

Akif AĞAYEV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020