Səfərbərliyə cəlb olunan ruslar xaricə gedə bilməyəcəklər

Səfərbərliyə cəlb olunan ruslar xaricə gedə bilməyəcəklər 

 

Səfərbərliyə düşən Rusiya vətəndaşlarına xaricə getmələri və ya ölkə daxilində yer dəyişmələri tövsiyə edilmir. Bunu Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.

- Siz (səfərbərliyə düşənlər -red.) asanlıqla Krasnodar və ya Omska ezamiyyətə gedə bilərsiniz. Amma mən sizə Türkiyədəki kurortlara getməyi məsləhət görməzdim. Krım və Krasnodar diyarının kurortlarında istirahət edin, - Kartapolov deyib.

O, həmçinin fikirlərinə onu da əlavə edib ki, Rusiya Federasiyasının vətəndaşları çağırış vərəqəsini almamışdan əvvəl ölkə daxilində hərəkət edə bilərlər. Lakin belə davranmamaq daha məsləhətlidir.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvanın Ukraynaya qarşı müharibəyə 300 min ehtiyatda olan hərbçini səfərbər edəcəyini bəyan edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020