“Azov” alayının komandirləri azad edildi

“Azov” alayının komandirləri azad edildi 

 

Sentyabrın 21-də axşam saatlarında Rusiya ilə Ukrayna arasında aparılmış əsir mübadiləsi çərçivəsində 215 ukraynalı döyüşçü azad edilib.

Əsirlərin mübadiləsi Türkiyədə baş tutub.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi Telegram-da məlumat yayıb.

 

"215 qəhrəman döyüşçü azaddır. Bunlar hərbçilər, polislər, milli qvardiyaçılar, sərhədçilər, qoşun döyüşçüləri, gömrükçülər, mülki şəxslərdir. Onların arasında zabitlər, Ukrayna Qəhrəmanları, “Azovstal”ın müdafiəçiləri var.

 

O cümlədən, Milli Qvardiyanın 118 hərbçisi, 9 polis əməkdaşı və 9 sərhədçi Rusiya əsirliyindən azad edilib”, - məlumatda qeyd olunur.

 

Azad edilənlər arasında Ukrayna uğrunda döyüşmüş və edam cəzası verilən 10 əcnəbi də var.

 

"Ukrayna öz qəhrəmanlarını 50 Rusiya vətəndaşına və Ukrayna pasportu olan Viktor Medvedçuka dəyişib", - Daxili İşlər Nazirliyi bildirib.

 

Mübadilə prosesində Ukrayna prezidenti Vladimir Zelenskinin adından daxili işlər naziri Denis Monastırski və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov iştirak edib.

 

Azad edilən əsirlər arasında Ukrayna qəhrəmanı, "Azov" batalyonunun komandiri Denis Prokopenko və onun müavini Svyatoslav Ponamar da var. Bundan başqa, məşhur döyüçülər Yevgeni Bova, Lev Paşko, Dmitro Kozaçki, Mikola Kuş, Kostantin Nikitenko, Mixaylo Verşinin, Katerina Polişuk, Maryana Mamonova, Valentina Zubko, Yana Şumoveçka, Zoryana Repeçka, Anastasiya Çernenko da əsirlikdən buraxılanlar arasındadır.

 

Ümumiyyətlə 215 nəfərdən 108-i "Azov" döyüşçüsüdür.


"Azov"çular Ukraynada ən məşhur rusiyayönümlü siyasətçi və oliqarx, Putinin qohumu Viktor Medvedçukla dəyişdirilib.

 

Razılaşmaya görə, əsirlikdən azad olunan 5 komandir - Denis Prokopenko, Svyatoslav Ponomar, Oleq Xomenko, Sergey Volınski və Denis Şleqa müharibə bitənədək əsas vasitəçi olan Türkiyədə qalacaq.

 

Yeri gəlmişkən, Rusiyanın azad etdiyi əsirlər arasında 1999-cu il təvəllüdlü Babayev Rüstəm Arif oğlu adlı bir azərbaycanlı da var.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020