Lənkəranın İcra başçısı Liman şəhərində səyyar qəbul-görüş keçirib – AZ-press.AZ, Ağaddin Babayev+FOTO=5
Bu xəbəri paylaş
Lənkəranın İcra başçısı Liman şəhərində səyyar qəbul-görüş keçirib – AZ-press.AZ, Ağaddin Babayev+FOTO=5
Sentyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü rayonun Liman şəhər inzibati ərazi dairəsində keçirib. AZpress.AZ xəbər verir ki, qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Öncə Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, uğrunda şəhid olan övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Birbaşa və açıq dialoq mühitində baş tutan görüşdə T.Qaraşov bildirib ki, məmurların ərazilərə gəlməsi, insanları dinləməsi və onların qaldırdıqları məsələlərin həllinə nail olunması bu gün xüsusi diqqət mərkəzindədir.
İcra başçısı qəbul-görüşdə insanlar tərəfindən səsləndirilən bütün məsələlərin şəxsən nəzarətində olduğunu vurğulayaraq ölkə başçısı İlham Əliyevin “Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları şəhidlərimizlə fəxr edirlər” fikrini xatırlaıb. T.Qaraşov bildirib ki, şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına qayğıyla yanaşmaq hər bir vətəndaşın və eləcə də dövlət məmurlarının borcudur.
Natiq qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sözügedən məsələyə xüsusi diqqət və nəzarət edirlər. Məhz bu həssaslıq nəticəsində istər şəhid ailələrinin məişət problemlərinin həlli, istər qazilərimizin sağlamlığının müalicə və bərpası, istərsə də Vətən müharibəsi iştirakçılarının işlə təmin edilməsi məsələləri hər zaman aktuallığını qoruyur.
“Cənab Prezidentin siyasətinin mərkəzində məhz insan amili dayanır” deyən natiq bildirib ki, ədalətli sosial dövlət quruculuğu üçün vətəndaş məmnunluğunun təmin olunması prioritet məsələlərdəndir.
Liman şəhər sakinləri vətəndaşla dövlət məmurları arasındakı birbaşa dialoq mühitinin formalaşmasına, onların qayğı və problemlərinin həllinə yönəlmiş çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




