Rusiyalı deputatlar da döyüşə getmək üçün müraciət etdilər
Bu xəbəri paylaş
Rusiyalı deputatlar da döyüşə getmək üçün müraciət etdilər
Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan 4 deputatı Rusiya Federasiyası Silahlı Qüvvələrinin tərkibində “xüsusi əməliyyat” zonasına xidmətə göndərilmələrini xahiş ediblər.
Bu barədə “Vahid Rusiya” partiyasının Baş Şurasının katibi Andrey Turçak bildirib.
Müharibəyə getmək istəyənlər arasında Dumanın sağlamlığın mühafizəsi komitəsinin sədri Dmitri Xubezov, müdafiə komitəsinin sədr müavini Dmitri Sablin, ailə komitəsinin sədr müavini Vitali Milonov və iqtisadi siyasət üzrə komitənin sədr müavini Sergey Sokol da var.
Turçakın sözlərinə görə, deputatların ərizələrinə Rusiya Federasiyası Müdafiə Nazirliyi baxacaq.
O qeyd edib ki, Xubezov, Sablin və Milonov müharibə başlayandan Donbasda işləyirlər
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)