Səfərbərlikdən qaçmaq üçün biletə 650 min ödədilər

Səfərbərlikdən qaçmaq üçün biletə 650 min ödədilər 

 

Rusiyada qismən səfərbərlik elan edilməsindən sonra ölkə vətəndaşları Antalya, İstanbul, İzmir, Dubay, Daşkənd, Bakı, Tbilisi, İrəvan və Astana kimi şəhərlərə üz tutublar.

Çərşənbə günündən etibarən Moskvadan və Rusiyanın digər şəhərlərindən Antalyaya olan reyslərə biletlər sürətlə tükənib. Sıx tələbata görə, aviabiletlərin qiyməti 10 dəfədən çox artıb.

Bildirilib ki, bu gün Moskva Domodedovo hava limanından Antalyaya yola düşəcək təyyarənin son oturacağı 650 min 859 rubla, yəni təxminən 19 min manata satılıb.

Qeyd edilib ki, şənbə günü uçuşlar üçün bilet qiymətləri isə 500 min rubla (təxminən 14 min 400 manat) çatıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020