BDU-da “Necə nəşr etməli?” vebinarının növbəti buraxılışı

BDU-da “Necə nəşr etməli?” vebinarının növbəti buraxılışı
 

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində "Necə nəşr etməli?" ("How to get published?") adlı silsilə vebinarın "Ekspert rəyi" ("Peer Review") mövzusunda növbəti buraxılışı keçirilib.
Vebinar "Sage" nəşriyyatının əməkdaşları, nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski, Britni Stüart, Viki Kritenden vǝ Cil Adelsanın iştirakı ilə keçirilib.
Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan silsilə vebinarların sentyabr ayı buraxılışında akademik jurnallarda məqalənin resenziyalaşdırılma müddəti, ekspert rəyindən keçməsi üçün tələb edilən zaman, diqqət edilməsi lazım olan digər məqamlara toxunulub. Eləcə də müəllif qrupları yaradılaraq yeni tədqiqatçıların nəşr prosesinə nəzarət, məqalə dərcində kömək, nəşr etikasına dair zəngin təcrübələr haqqında məlumat verilib.
"Necə nəşr etməli?" mövzusunda vebinarın növbəti buraxılışı ("Open Access and Author Rights") oktyabrın 19-da keçiriləcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020