Gənc taekvondoçularımız Avropa çempionatına qatılacaqlar -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Gənc taekvondoçularımız Avropa çempionatına qatılacaqlar -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Sentyabrın 27-də Albaniyanın paytaxtı Tiranada 21 yaşlı (U-21) gənclər arasında taekvondo üzrə Avropa çempionatına start veriləcək. ATF-dan (Azərbaycan Taekvondo Federasiyası) aldığımız məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. Çempionatda iştirak edəcək Azərbaycan yığmasının heyəti artıq müəyyənləşib. Kişilərdən ibarət milli komanda baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Eyyub Mahmudov (58 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanova (80 kq) yer alıb.
Qadınlardan ibarət yığmanın baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov isə çempionatda Sona Ağayeva (46 kq), Qönçə Hüseynli (49 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidovanı (62 kq) sınaqdan keçirəcək.
Taekvondoçularımız sentyabrın 25-də Tiranaya yollanacaqlar.
Komandamız Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatına da qatılacaq. Həmin vaxt komandaya Qaşım Maqomedov, Həmidrza Sədri, Ruslan Seyidov, Eyyub Mahmudov (dördü də 58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov (hər ikisi 63 kq), Minayə Əkbərova (46 kq), Röya Hacıyeva və Patimat Abakarova (hər ikisi 49 kq) da qoşulacaq. Bu heyət isə Albaniyaya sentyabrın 30-da yola düşəcək.
Qeyd edək ki, taekvondoçularımız ötən həftə Reza Mehmandostun rəhbərliyi altında Sloveniyanın açıq çempionatında mübarizə aparıb və bir dəst (1-1-1) medal qazanıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)