Şəhriyar Məmmədyarov və Meri Arabidze Şuşa turnirinin qalibidir -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Şəhriyar Məmmədyarov və Meri Arabidze Şuşa turnirinin qalibidir  -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

30 illik işğaldan azad olandan sonra Şuşada ilk dəfə kişi və qadınlar arasında şahmat üzrə keçirilən "Shusha Chess" beynəlxalq turnir başa çatıb. Dairəvi sistem üzrə keçiriləməklə bir dövrədən və 9 turdan ibarət olan rapid və eləcə də iki dövrədən və 18 turdan ibarət olan blits turnirdə 10 kişi və eyni sayda qadın şahmatçı mübarizə aparıb. Kişilərin turnirində azərbaycanlı şahmatçılar - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli ilə yanaşı, çinli Van Xao, özbəkistanlı Rüstəm Qasımcanov, Vidit Santoş Qucarati (Hindistan), iranlı Parxam Maqsudlu və türkiyəli Mustafa Yılmaz, qadınların yarışında isə həmyerlilərimiz - Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva ilə yanaşı, Nana Dzaqnidze, Meri Arabidze (hər ikisi Gürcüstan), Yolanta Zavadska (Polşa), Marsel Efromski (İzrail) və türkiyəli Kübra Öztürk Güvənli mübarizə aparıb. Dörd gün davam edən turnirdə kişilər arasında 26 xalla Məmmədyarov, qadınlarda isə 24 xalla Arabidze qalib adını qazanıb.

 

Kişilərin yekun turnir cədvəli: Məmmədyarov - 26 xal, Maqsudlu - 24,5, Vidit - 23,5, Rəcəbov - 20,5, Durarbəyuli – 19, Van Xao - 16,5, Məmmədov - 15, Qasımcanov - 12,5, Yılmaz - 12, Hüseynov - 10,5.

 

Qadınların yekun turnir cədvəli: Arabidze - 24 xal, Dzaqnidze - 23,5, Öztürk - 20, Məmmədova - 19, Beydullayeva - 18, Efroimski - 17, Balacayeva - 16,5, Məmmədzadə - 14,5, Fətəliyeva - 14, Zavadska - 13,5.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020