Yeniyetmə boksçularımız Avropa birinciliyinə qatılacaqlar -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Yeniyetmə boksçularımız Avropa birinciliyinə qatılacaqlar -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Sentyabrın 27-də İtaliyanın Montesilvano şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə start veriləcək. ABF-dan (Azərbaycan Boks Federasiyası) verilən məlumata görə 8 gün davam edəcək birincilikdə Azərbaycan milli komandası da mübarizə aparacaq.

 

Oğlanlardan ibarət yığmamız birincilikdə baş məşqçi Vaqif Kazımov və məşqçi Ağası Məmmədovun rəhbərliyi altında 7 idmançı ilə təmsil olunacaq. Məşqçilər korpusu Montesilvanoda Faiq Mollayev (46 kq), Bilalhabasi Nəzərov (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənova (66 kq) sınaqdan cıxaracaq.

 

Qızlardan ibarət milli komanda isə qitə birinciliyinə baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında qatılacaq. Yarışda ölkəmizin idman şərəfini Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) qoruyacaq.

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında həmyerlimiz Anar Babanlı da yer alacaq.

Qeyd edək ki, yarışın püşkü sentyabrın 26-da atılacaq. Final döyüşləri oktyabrın 4-də olacaq.

İNTİQAM Məmmədov


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020