Gənc boksçularımız Serbiyadan 4 medalla dönüblər -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Gənc boksçularımız Serbiyadan 4 medalla dönüblər -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Gənc boksçularımız Serbiyadan 4 medalla dönüblər  -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Azərbaycan da daxil olmaqla turnirdə 21 ölkədən 189 idmançı mübarizə aparıb. ABF-dan verilən məlumata görə, millimiz turniri 4 medalla başa vurub.

14 və 12 finallarda müvafiq olaraq. hindistanlı Tali Taba və qazaxıstanlı Uslam Seksenbayevi məğlub edən Kənan Babayev (48 kq) həlledici finalda Vişvanat Sureşlə (Hindistan) üz-üzə gəlib. Təəssüflər olsun ki, son döyüş rəqibin qələbəsi ilə bitdiyi üçün Avropa çempionumuz gümüş medala kifayətlənib.

Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) də turniri ikinci yerdə bitirib. Belə ki, əvvəl keçirdiyi ilk iki döyüşdə Mikita Maliuta (Ukrayna) və İvan Yermolenko (Qazaxıstan) üzərində qələbə qazanan boksçumuz finalda Aleksandr Zelinski (Ukrayna) ilə bacarmayıb. Nəticədə də boksçumuz fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Komandamızın heyətində daha öncə Daniel Xolostenko (71 kq) və Fətəli İsmayılov (80 kq) 3-cü yeri tutub.

Beləliklə, yığmamız turniri 2 gümüş və 2 bürünc medalla başa vurub.

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020