Filarmoniyada Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının yekun konserti keçirildi +FOTO=5

Filarmoniyada Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının yekun konserti keçirildi +FOTO=5

Filarmoniyada Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının yekun konserti keçirildi 

 


23 sentyabr 2022-ci il tarixində XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində
növbəti konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirildi.
Konsertin solistləri gənc musiqiçilər – Respublika və beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano) və Əziz Pənah (qoboy) idi. Musiqiçiləri Macarıstanın Mendelson Kamera Orkestri müşayiət edirdi.
Tədbirdə dinləyicilərə rəngarəng konsert proqramı təqdim edildi. Belə ki, istedadlı musiqiçilərin ifasında Lüdviq Van Bethovenin Simli kvarteti N.11, op.95, "Quartetto serioso", Volfqanq Amadey Motsartın Piano və orkestr üçün konserti A dur, K.414, Bella Bartokun "Divertisment", "Rumın xalq rəqsləri", Üzeyir Hacıbəylinin "Arazbarı", Aqşin Əlizadənin "Cəngi" əsərləri səsləndirildi. Musiqiçilərin parlaq ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020