Gülağa Tənha: QƏLBİMDƏN KEÇƏNİ BİLMƏDİ ŞƏHƏR

Gülağa Tənha:

QƏLBİMDƏN KEÇƏNİ BİLMƏDİ ŞƏHƏR

 

Düşdüm bu şəhərin soyuqluğuna,
Ürəyim üşüdü, göynədi qəlbim.
Bilirdim havası soyuqdu...
Ancaq
Özünü bu qədər soyuq bilməzdim...


Qəlbimdə gətirdim gur bulaqları,
Özümlə gətirdim dağın qarını.
Ötən illərimə boyun əyərdim,
Qazana bilsəydim etibarını...


...Bilmədi...
Bilmədi arzum, istəyim,
Güllər bitirəsi bahardı, yazdı...
Qəlbimdən keçəni bilsəydi əgər,
Məni bunca soyuq qarşılamazdı...

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020