Gülağa Tənha: XƏZƏR QƏLBİMDƏDİR

Gülağa Tənha:  

XƏZƏR QƏLBİMDƏDİR

 

Yollardayam, hara getsəm
Ürəyimdə Xəzər gedir.
İlhamıma duaçı tək,
Dözüm gedir, təpər gedir.


Ürəyimin fırtınası,
Gilavarı, xəzrisi var.
Sevincimdi, qəzəbimdi
İçimdə coşan dalğalar.


Beşik laylam olub mənim,
Düzüm-düzüm zümzüməsi.
Ürəyimi telləndirib
Dalğaların titrəməsi.


Ulularımın təridi,
Kökümdü, soyumdu Xəzər.
Odlar Yurdunun oğluyam,
Aydınlıq suyumdu Xəzər!..

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020