Gülağa Tənha: «GÖZLƏRİNİN HƏSRƏTİYƏM…»
Bu xəbəri paylaş
Gülağa Tənha:
«GÖZLƏRİNİN HƏSRƏTİYƏM…»
Gözlərinin həsrətiyəm, gözlərinə qurban olum,
Qarğışamı düşüb görən, çatmır havası sevgimin.
Xəta eylədi gözlərim, gördü gül üzlü dilbəri,
Ruhu candan ayırır, budur xatası sevgimin.
Günahım olubmu ki, bilmirəm, ey mahi-taban,
Səfasını görməmişəm, çoxdu cəfası sevgimin.
Çiçəklərin ləçəyində damla-damla şeh alışır,
Sən gəlməsən illər ilə kəsməz nəvası sevgimin.
«Zabul»a köklənib tarım, qəzəl–Tənhanın qəzəli,
Bu qəzəli olaydı kaş xeyir-duası sevgimin.
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com