“Səngər qəhrəmanları” – Masallıda anım tədbiri Akif Ağayev (AZ-press.AZ) +FOTO=8
Bu xəbəri paylaş
“Səngər qəhrəmanları” – Masallıda anım tədbiri Akif Ağayev (AZ-press.AZ) +FOTO=8
Masallıda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Səngər qəhrəmanları” adlı tədbir keçirilib.
Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri, qazilər və gənclər iştirak edib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb.
Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından, 30 ildən bəri işğal altındakı şəhər və kəndlərimizin azad olunmasından, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Cəmaləddin Məmmədov keçdiyi döyüş yolundan, səngər yoldaşlarının Vətən sevgisindən, qələbə əzmindən danışıb.
GİKM-in Masallı nümayəndəliyinin gənc könüllüsü Murad Əlizadə bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi.
“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev müharibə dövründə cəsur eloğlularımızın torpaqdan halallıq alaraq qəhrəmanlıq salnaməsi yazdıqlarını, hərb meydanında olduğu kimi, informasiya savaşı müstəvisində də qalib ölkə kimi tanındığımızı diqqətə çatdırıb:“ Bu tarixi qələbənin qazanılmasında hər kəsin öz payı var. Qarabağı bizə qaytaran Ordu, Ali Baş Komandan, xalq üçlüyü oldu. Prezident İlham Əliyev informasiya müharibəsini hakimiyyətə gələn ilk gündən aparıb və aparır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırıb...”
Vətən müharibəsi şəhidi Araz Seyfullayevin anası Günay Seyfullayeva gülə-gülə düşmən üzərinə şığıyan oğlunun döyüşlərdə göstərdiyi şücaətindən və onunla son görüşündən söz salıb.
Akif VAQİFOĞLU.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)







