Gülağa Tənha: DE Kİ, YALANDI
Bu xəbəri paylaş
Gülağa Tənha:
DE Kİ, YALANDI
(şeir 9 may 2006-cı ildə yazılb)
Vətəni daş-qalaq etmək istəyən
Daşqəlbli dünyanın özü talandı.
Bəlkə od alıbmış od sevgimizdən,
Günlərin birində oda qalandı.
Hələ ki, bir şirin sözə həsrətəm,
Qarabağ adında közə həsrətəm.
Məni aparası izə həsrətəm,
Yoxsa ki, getməyim hələ gümandı?
Bizi necə tapdı bu qəza-qədər?–
Gördü ki, tünlükdü, dil açdı kədər.
Günlərim, aylarım ötüşür hədər,
Dünyada etibar, sevgi qalandı!
Bu gündən sabaha çatan sorağam,
Dumana bürünmüş qarlı bir dağam.
Desəm ki, mən səni unudacağam,
Bax, onda deyərsən: Sözün yalandı!..
Bakı, 9 may 2006
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com