Gülağa Tənha: GÖYLƏRİN GÖZLƏRİ DOLAR
Bu xəbəri paylaş
Gülağa Tənha:
GÖYLƏRİN GÖZLƏRİ DOLAR
Əzib mum edərəm kədəri, qəmi,
Ahımla yandırram bütün aləmi,
Günlərin birində Xan Kərəm kimi
Kül olsam, göylərin gözləri dolar.
Həsrət üzə gülüb de nə vaxt, haçan?!
Biz olduq, çiçəyim, dərddən dil açan.
Saçını üzünə dağıdıb qaçan
Yel olsam, göylərin gözləri dolar.
Ürəkdi özünü odlara yaxan,
Gözdü sən getdiyin yollara baxan.
Ay sarı çiçəyim, gözündən axan
Sel olsam, göylərin gözləri dolar.
8 mart, 2004
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com