Mövsümün ilk “Qağayı”sı +FOTO=9

Mövsümün ilk “Qağayı”sı

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli rus yazıçısı, dramaturq Anton Çexovun “Qağayı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası nümayiş etdirilib. Mövsümün ilk böyük tamaşasından öncə çıxış edən teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə sentyabr ayının 12-də erməni təxribatı nəticəsində şəhid olmuş Vətən oğullarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. M.Ələkbərzadə daha sonra yubiley mövsümündə qarşıda duran yaradıcılıq işləri, təqdim olunacaq tamaşalar və baş tutacaq səfərlər haqqında danışıb.

 

Teatrın quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov isə çıxışında yeni təmirdən çıxmış teatr salonunda hər kəsi salamlayaraq, təmir-bərpa işlərindən sonra yeni texnoloji avanadlıqlar və səhnə texnikası ilə təchiz olunmuş teatrda bundan sonra daha gözəl tamaşaların ərsəyə gələcəyini bildirib. Nümayiş olunacaq səhnə əsəri haqqında məlumat verən N.Kazımovun sözlərinə görə Azərbaycan teatr tarixində ilk dəfə müraciət olunan “Qağayı”da tamaşaçılar teatrın tanınmış aktyorları yanaşı, gənc və istedadlı aktyorlarını da görmək imkanı əldə edəcəklər.

 

Çıxışdan sonra tamaşa nümayiş etdirilib.  Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova məxsusdur.

 

Tamaşada Əməkdar artistlər Kəmalə Hüseynova, Nicat Kazımov, Rasim Cəfərov, Şövqi Hüseynov, aktyorlar Səbinə Məmmədova, Bəhram Həsənov, Kərəm Hadizadə, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Ümman Budaqov, Mətləb Abuşov iştirak ediblər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020