Gənc taekvondoçularımızın TMT başlayıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Gənc taekvondoçularımızın TMT başlayıb -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, qurumun idman zalında təşkil olunan təlim-məşq toplanışına (TMT) baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov rəhbərlik edir. TMT 6-7 oktyabr aralığında Latviyada keçirilməsi nəzərdə tutulan Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Toplanış oktyabrın 3-də başa çatacaq. Ardınca yığma Latviyanın paytaxtı Riqada Olimpiya çəkiləri üzrə keçiriləcək Avropa çempionatına qatılacaq. Sözügedən çempionatda ölkəmizin idman şərəfini Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) qoruyacaqlar.
Qeyd edək ki, komanda Riqaya oktyabrın 4-də yollanacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)