Taekvondoçuların Avropa çempionatı başlayır -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
Taekvondoçuların Avropa çempionatı başlayır -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu gün Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına start veriləcək. 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, kişilərdən ibarət milli komanda baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında mübarizə aparacaq. Tiranda ölkəmizin idman şərəfini Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Eyyub Mahmudov (58 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanova (80 kq) qoruyacaq.
Qadınların yarəşənda isə ölkəmizi baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Sona Ağayeva (46 kq), Qönçə Hüseynli (49 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidovanı (62 kq) təmsil edəcək.
Yarışda ədalət təmsilçiləri sırasında isə iki həmyerlimiz - beynəlxalq dərəcəli referi, ATF-in baş hakimi Gündüz Abdullayev və Ramal Camalov da yer alacaqlar.
Komandamız Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatına da qatılacaq. Həmin vaxt komandaya Qaşım Maqomedov, Həmidrza Sədri, Ruslan Seyidov, Eyyub Mahmudov (dördü də 58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov (hər ikisi 63 kq), Minayə Əkbərova (46 kq), Röya Hacıyeva və Patimat Abakarova (hər ikisi 49 kq) da qoşulacaq. Bu heyət isə Albaniyaya sentyabrın 30-da yola düşəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)