“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” mövzusunda tədbir +FOTO=5
Bu xəbəri paylaş
“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” mövzusunda tədbir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisas üzrə bir qrup müəllim və tələbələrinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nazim Bababəylinin “Naxçıvan Muxtar Respublikasının geoloji quruluşu” mövzusunda və həmin kafedranın müəllimi Ülviyyə İsgəndərovanın “Naxçıvan Muxtar Respublikasının torpaq tədqiqatları tarixindən” mövzusunda çıxışları dinlənilmişdir.
Sonda elmi katib tədbir iştirakçılarına mərkəzdə təşkil edilən kitab sərgiləri haqqında məlumat vermişdir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




