Bakı Musiqi Akademiyasında Anım Günü qeyd edildi +FOTO=10

Bakı Musiqi Akademiyasında Anım Günü qeyd edildi 

 


27 sentyabr 2020-ci il tarixində başlanan ikinci Qarabağ müharibəsi ölkəmizin şanlı tarixidir. 44 gün ərzində davam döyüşdə düşmənə ciddi müqavimət göstərən Vətənin igid oğullarının, torpaqlarımızın ərazi bötüvlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər il bu tarixdə anım günü kimi qeyd olunur.
Bu il anım günü 26 sentyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında qeyd olundu.

 

27 sentyabr II Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri-Ərol Rzayev, Rəşad Abdullayev, Leyla Baxışova, Əli Adıgözəlov, Nigarxanım Süleymanova, İlahə Məmmədova, Rəşid Behbudov, Ayan Aslanova, Əziz Pənah, Əli Günəşov, Atefei Gharabağı, Jalə İslamova, Kamran Talıblının parlaq ifaları dinləyicilərə təqdim olundu.

 

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsert proqramında Fikrət Əmirovun "Poema -Monoloq", Arif Məlikovun "Komdenin xəyalları", Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından "Gülçöhrənin naləsi", Sergey Raxmaninovun "Etüd-lövhə" N.6 a moll, op.39, Nigarxanım Süleymanovanın "Prelüdiya", Həsən Rzayevin "Çahargah rapsodiyası", Friderik Şopenin "Skertso" N.1 h moll, Frensiz Pulenkin "Trio", Kaççininin "Ave Maria", Sergey Prokofyevin "Qarabasma", Astor Piazzolanın fleyta üçün pyes, Fikrət Əmirovun "Mən səni araram" (işlənməsi Dmitri Babayevindir) əsərləri səsləndirildi.
Konsert tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında sona çatdı.
Qeyd edək ki, konsertdə qonaq qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndələri də iştirak edirdilər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020