“Sosial sahibkarlıq” - Masallı gənclərinin müzakirə mövzusu Akif Ağayev (AZ-press.AZ) +FOTO=2

“Sosial sahibkarlıq” - Masallı gənclərinin müzakirə mövzusu Akif Ağayev (AZ-press.AZ) +FOTO=2

 

Masallı gəncləri arasında “Sosial sahibkarlıq” mövzusunda müzakirə aparılıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyində keçirilən müzakirə “Policy Lab” layihəsi çərçivəsində baş tutub.

Layihənin iştirakçıları Müşfiq Tarıverdiyev və Turab İsayev gənclərə layihə haqqında məlumat veriblər.

“Sosial sahibkarlıq nədir?”, “Necə sosial sahibkar olmaq olar?”, “Sosial sahibkar olmaq üçün hansı resurslar lazımdır?” kimi mövzular ətrafında keçirilən müzakirələr zamanı gənclərin fikirləri dinlənilib, onların bu barədə məlumatlılığı yoxlanılıb.

Sonda iştirakılar arasında “Sosial sahibkarlıq” mövzusunda sorğu keçirilib.

Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirilir.

Akif AĞAYEV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020