Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin sayı 2 min nəfərə çatıb +FOTO=2

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin sayı 2 min nəfərə çatıb 

 

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ilə tanışlığı həyata keçirilmişdir.

 

Mərkəzin elmi katibi Nihad Tarverdiyev mərkəz haqqında tələbələrə geniş məlumat verərək qeyd etmişdir ki, ötən dövr ərzində mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilmişdir. Burada müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilmiş, fəaliyyətinin bütün istiqamətlərinin ardıcıl olaraq təkminləşdirilməsi həyata keçirilmiş, yeni metod və texnologiyalar mənimsənilmiş, kadrların bilik və peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Elmi tədqiqat işlərinin aparılması üçün hər cür şəraitlə təmin olunan Naxçıvanşünaslıq Mərkəzinə müraciət edən 16 yaşdan yuxarı hər bir azərbaycanlı, hətta xarici ölkə vətəndaşları da mərkəzin imkanlarından istifadə edə bilərlər. Burada Naxçıvanın demək olar ki, bütün elm sahələrinə aid çox dəyərli, həm də müxtəlif dillərdə olan kitablar, jurnal və qəzet materialları, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, DVD və CD formatında sənədli filmlər və s. qorunub saxlanılır.

 

Qeyd olunmuşdur ki, Naxçıvanşünaslıq Mərkəzi elmi tədqiqat müəsisəsi kimi fəaliyyət göstərir. Bununla yanaşı doğma diyarımızın təbliği və gənc nəslin qədim tariximizi, zəngin mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini daha dərindən mənimsəməsi üçün mərkəz tərəfindən açıq dərslər, kitab müzakirələri, naxçıvanşünaslığı əhatə edən müxtəlif tədbirlər və.s təşkil olunur.

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020