Premyer Liqada ilk turun oyun cədvəli açıqlandı

Premyer Liqada ilk turun oyun cədvəli açıqlandı

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli bəlli olub.

Turun oyunları 4 günü əhatə edəcək.

2022/2023 mövsümünə avqustun 5-də "Dalğa Arena"da "Kəpəz" - "Zirə" matçı ilə start veriləcək. "Qarabağ" "Azersun Arena"da "Səbail"lə qarşılaşacaq.

Avqustun 7-də "Şamaxı" - "Neftçi" və "Sabah" - "Sumqayıt" görüşləri oynanılacaq. Turun son matçı isə avqustun 8-də Tovuzda "Turan Tovuz"la "Qəbələ" arasında olacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

 5 avqust (cümə)

 19:30. “Kəpəz” – “Zirə”

"Dalğa Arena".

 

 6 avqust (şənbə)

 20:00. “Qarabağ” – “Səbail”

“Azersun Arena".

 

 7 avqust (bazar)

 17:00. “Şamaxı” – “Neftçi”

Şamaxı şəhər stadionu.

 19:15. “Sabah” – “Sumqayıt”

“Bank Respublika Arena".

 

 8 avqust (bazar ertəsi)

 17:00. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020