Eldəniz Əzizli ikiqat dünya çempionudur -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Eldəniz Əzizli ikiqat dünya çempionudur -İNTİQAM təqdim edir (AZ-press.AZ)

Eldəniz Əzizli ikiqat dünya çempionudur -İNTİQAM təqdim edir (AZ-press.AZ)

 

Serbiyanın paytaxtı Belqradda idman güləşi üzrə kişilər arasında dünya çempionatı keçirilir. Yunan-Romaçıların çıxışı ilə başlayan çempionatın ikinci günü artıq Azərbaycan yığmasının aktivinə biri qızıl, digərisə gümüş əyarlı olmaqla iki medal yazılıb. Qızıl medal medal 55 kq-da mübarizə aparan Eldəni Əzizlinin payına düşüb. O. həəledici finalda gürcüstanlı Nuqzari Tsutsurmini bir xal belə vermədən məğlub edib - 8:0. Bununla da Əzizli çempionluq titulunu özündə saxlamaqla ikiqat dünya çempionu olub.

Günün gümüş medalı isə 72 kq-da çıxış edən Ülvi Qənizadənin sayəsində qazanılıb. Mundialın birinci günü uğurla çıxış edərək finala yüksələn Qənizadə təəssüflər olsun ki, finalda serbiyalı rəqibi Ali Arsalanla bacarmayıb - 3:7.

Mundialın 3-cü günü isə daha 4 klassikimiz bürünc medal uğrunda güləşəcək. Bu dördlükdə 14 finalda uduzaraq çempionluq titulunu əldən verən Rafiq Hüseynov (82 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) yer alıb.

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020