Asəf Quliyev: Hamı vətənpərvərdir, hamı vuruşur, amma geriləyirik
Bu xəbəri paylaş
Asəf Quliyev: Hamı vətənpərvərdir, hamı vuruşur, amma geriləyirik
#dövlətiminyanındayam
Bəli. Bu gün Azərbaycan çox amansız bir savaşın içərisindədir. Arıtq kartlar açılıb. Dünənə qədər də ABŞ və Rusiya Azərbaycan-Ermənistan münasibətlərində eyni mövqedə dayanırdı. Bu gün də eyni mövqedədilər. Amma dünənə qədər ABŞ və Rusiya Qafqaz uğrunda belə açıq savaşa girməmişdi. Əlbəttə Gürcüstan uğrunda müəyyən zaman kəsiyində belə bir savaş oldu. Amma Avroatlantik məkan strateqlərinin hər üç Qafqaz ölkəsini eyni anda öz yanlarında görmək istəyi prosesi ləngitdi.
İndi yeni savaş başlayıb. ABŞ və Rusiya bir-birlərini həzm edə bilmir. Və mübarizə açıq müstəvidə gedir. Bu situasiyada Azərbaycan çarpaz atəş altındadır.
*Qeyd 1. Söhbət informasiya savaşından gedir.
Artıq Qərb Qafqaz məsələsində ABŞ-ın lokomotivliyini qəbul edib. İndi Avropa öz davranışlarını okeanın o tayından atılan addımlara sinxronlaşdırmaqdadır. Və Avropadan da yeni həmlələr gələ bilər.
*Qeyd 2. İnformasiya savaşı Facebukda Nensi Pelosiyə “kaftar” demək və ya yerli kanallarda son eskalasiyanıln arxasında ABŞ-ın dayandığını söyləmək deyil.
Belə bir həssas məqamda sözsüz ki, Azərbaycan dövlətinin maraqları naminə vahid xətti üzrə hərəkətə ehtiyac var. Azərbaycan dövləti və Azərbaycan xalqının milli maraqları üçün vahid İnformasiya savaşı konsepsiyası hazırlanmalıdır. İndi informasiya savaşı cəbhəsində durum 1991-93-cü illərdəki könüllü özünümüdafiə qüvvələrinin durumuna bənzəyir - Hamı vətənpərvərdir, hamı vuruşur, amma geriləyirik.
*Qeyd 3. Son günlər ermənilərin Azərbaycan səfirlikləri qarşısında keçirdiyi aksiyalar da məhz informasiya savaşı elementidir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)