Lənkəranda I Qarabağ şəhidi Mais Abbasovun yaşadığı evə xatirə lövhəsi vurulub -AZpress.AZ, Ağaddin Babayev+FOTO=6
Bu xəbəri paylaş
Lənkəranda I Qarabağ şəhidi Mais Abbasovun yaşadığı evə xatirə lövhəsi vurulub-AZpress.AZ, Ağaddin Babayev+FOTO=6
Lənkəran şəhərində I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Mais Qurbanəli oğlu Abbasovun vaxtılə yaşadığı evinin önündə xatirə lövhəsinin açılışı olub. Mərasimdə yerli icra strukturlarının nümayəndələri, çagirdlər, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
AZpress.AZ xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və şəhidin anası Zahirə Abbasova xatirə lövhəsinin üzərindəki örtüyü götürərək önünə gül-çiçək dəstələri düzüblər.
Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra İcra başçısı Taleh Qaraşov çııxış edib. İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra təkcə ölkəmizin ərazi bütövlüyü bərpa olunmayıb, eyni zamanda, Birinci Qarabağ müharibəsində canından keçən qəhrəman övladlarımızın da qisası alınıb.
T.Qaraşov ölkəmizin azadlığı uğrunda şəhid olan Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhlarının şad olduğunu vurğulayıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edən İcra başçısı cəmiyyətin hər bir fərdinin şəhid valideynlərinə hörmətlə, ehtiramla yanaşmalı olduğunu qeyd edib. “Onlara bütün məclislərdə ehtiramla ən yuxarı məqamlarda yer göstərilməlidir, özlərini yalnız hiss etməmələri üçün əlimizdən gələn hər şeyi etməliyik, çünki buna onların mənəvi haqqları var” deyən T.Qaraşov dövlət səviyyəsində də şəhid ailələrinə həssaslıqla yanaşıldığını vurğulayıb. Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sözügedən təbəqədən olan insanların qayğı və problemlərinin, habelə müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasına şəxsən nəzarət edirlər.
Şəhid anası Zahirə Abbasova çıxışı zamanı övlad itkisinin ağır olduğunu qeyd edərək bu hisslərlə yaşamağın çətinliyindən və mənəvi yükündən danışıb. Z.Abbasova bildirib ki, şəhid valideyni daxilində övlad acısını yaşadığı kimi İcra başçısı Taleh Qaraşov da hər zaman eyni hisslərlə onların dərdlərinə şərik olub: “Biz şəhid anaları, valideynləri öz övladlarımızın dərdini qəlbimizdə yaşayırıq. Taleh müəllim isə şəhidlərin dəfnlərində, yas mərasimlərində, anım günlərində, xatirə gecələrində hər bir şəhidin və onların ailələrinin ağrı və acını yaşayır. Şəhid anası kimi bilirəm ki, bu çox çətindir, ona görə də İcra başçımıza minnətdaram”.
Çıxışlardan sonra şəhidin təhsil aldığı şəhər 1 nömrəli tam orta məktəbinin şağirdlərinin ifasında vətənpərvərlik mövzusunda şerlər ifa olunub.
Qeyd edək ki, Mais Abbasov 20 aprel 1974-cü ildə Lənkəran şəhərində anadan olub. 1982-1991-ci illərdə orta təhsil alıb. 1991-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunub. 1995-ci ildə ali təhsilini başa vurub və diplomunu almadan hərbi xidmətə yollanıb.
Subay olan Mais Abbasov 1997-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər üzrə şöbəsində qeydiyyatdan keçib və Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində xidmət edən M.Abbasov bir sıra hərbi əməliyyatlarda iştirak edib. Ali təhsil aldığına görə "baş leytenant" rütbəsinə, hərbi əməliyyatlarda fərqləndiyi üçün taqım komandiri vəzifəsinə yüksəlib. 22 sentyabr 1999-cu ildə M.Abbasov Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində keçirilən hərbi əməliyyatlarda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





