AÇ-da boksçularımızın ilk rəqibləri bəlli olub -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu xəbəri paylaş
AÇ-da boksçularımızın ilk rəqibləri bəlli olub -İNTİQAM təqdim edir (AZ-press.AZ)
Bu gün İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyinə start veriləcək. Dünən püşkatma mərasimi keçirilib və çempionata qatılacaq Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, çempionatın ilk günündə rinqə 1 boksçumuz - İbrahim Zeynalov (52 kq) çıxacaq ki, o da 116 finalda irlandiyalı Con Hartla üz-üzə gələcək. Digər boksçularımızın ilk döyüşləri və rəqibləri isə aşağıda göstərilib:
Avropa birinciliyi, Montesilvano
28 sentyabr: 1/8 final
Faiq Mollayev (46 kq) – İqor Uşinyak (Polşa)
Aynur Mikayılova (50 kq) – Byanka Balint (Almaniya)
29 sentyabr: 1/8 final
Bilalhabasi Nəzərov (48 kq) – Rıza Səfəri (İngiltərə)
Tağı Nəsibov (50 kq) – Cuzeppe Dell Aquila (İtaliya)
Məhəmmədəli Aşurəliyev (54 kq) – Armandas Kreqzde (Litva)
Məhəmmədəli Qasımzadə (57 kq) – Nik Smirnov (Almaniya)
Ziya Həsənova (66 kq) – Stefan Ananyev (Estoniya)
30 sentyabr: 1/4 final
Aysu İsmayılova (46 kq) – Mariya Trifilli (Yunanıstan)
Nərmin Əlizadə (48 kq) – Mahur Marikyan (Ermənistan)
Qızbəs İsgəndər (54 kq) – Ella-Mae Lonsdale (İngiltərə)
Emili Rzayeva (70 kq) – Olqa Filipçuk (Ukrayna)
Qeyd: Avropa birinciliyində 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 4-də aydınlıq gələcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)