Bakı Musiqi Akademiyasında "Şəhidlərin xatirəsinə..." adlı konsert keçirildi

Bakı Musiqi Akademiyasında "Şəhidlərin xatirəsinə..." adlı konsert keçirildi

Bakı Musiqi Akademiyasında "Şəhidlərin xatirəsinə..." adlı konsert keçirildi  

 


27 sentyabr 2020-ci ildə başlanan ll Qarabağ müharibəsi bizim şanlı tariximizdir.
Artıq iki ildir ki, bu tarix Azərbaycan Respublikasında Anım günü kimi qeyd olunur. Anım günü ilə əlaqədar ölkəmizdə müxtəlif tədbirlər keçirilir. 27 sentyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında da "Şəhidlərin xatirəsinə..." adlı konsert keçirildi.

 

Tədbirə başlamazdan öncə 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra konsert açıq elan olundu.

 

Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının müəllimləri-professorlar, Xalq artistləri Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, dosentlər Züleyxa Abdulla, Nərgiz Salmanlı, Aynur Xəlilova, baş müəllim Sevda Məmmədli, Beynəlxalq müsabiqələr laureatı Səbinə Qasımova ifalarını dinləyicilərə təqdim etdilər.
Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət olan konsert proqramında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, Qara Qarayevin "Afroditanın adası" tamaşasından pyes, "Prelüd", Nazim Əliverdibəyovun "Bayatı Şiraz", Fikrət Əmirovun "Sevil" operasından Sevilin ariyası, Azər Rzayevin "Düşüncə", İohan Sebastian Baxın "Prelüdiya və fuqa" (Y.T.K l cild h moll), Tomazo Albinioninin "Adajio", İohan Bramsın Orqan xoral prelüdü, Cakomo Puççininin "Bohema" operasından "Müzettanın valsı", Erik Satinin "Qnossyen", Sevda Məmmədlinin "Laçın" və sonda Fərhad Bədəlbəylinin "Ave Mariya", "Şuşa xatitələri" əsərləri ifa olundu.

 

Dərin hiss və həyacanını dinləyicilərə ötürə bilən musiqiçilərin ifası tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqışlarla qarşılandı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020