Ağcabədidə şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub Mais İbrahimov (AZ-press.AZ) +FOTO=10

Ağcabədidə şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub Mais İbrahimov (AZ-press.AZ) +FOTO=10

Ağcabədidə şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub Mais İbrahimov (AZ-press.AZ) +FOTO=10
 

Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Əmrah Mamedovun anım mərasimi keçirildi. Mərasimində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səhərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Qabil Rzayev, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri, şəhid ailələrinin üzvləri, ziyalılar, ağsaqqallar iştirak etdilər.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki,  İcra başçısı Rafil Hüseynov Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından söz açdı, Azərbaycan Ordusunun qüdrətindən, döyüş zamanı göstərdikləri şücaətdən danışdı. Ardınca qəhrəman şəhidin ruhuna dualar oxundu. Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Əmrah Mamedov Vətən müharibəsi zamanı ordu sıralarında atıcı və kəşfiyyatçı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Qarşı tərəfdən hərbi məlumatların və sirlərin öyrənilməsində fərqlənib. Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.

 

Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Əmrah Mamedov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020