Ağcabədidə Xocalı rayonundan olan Vətən müharibəsi şəhidi Sənan Arifoğlu Miriyevin məzarı ziyarət edildi Mais İbrahimov (AZ-press.AZ) +FOTO=23
Bu xəbəri paylaş
Ağcabədidə Xocalı rayonundan olan Vətən müharibəsi şəhidi Sənan Arifoğlu Miriyevin məzarı ziyarət edildi Mais İbrahimov (AZ-press.AZ) +FOTO=23
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun tapşırığına əsasən, sentyabrın 28-də Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Ağcabədi rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul şəxsləri, rayonun bir qrup idarə, müəssisə rəhbərləri, ictimai fəallar Ağcabədi şəhər Şəhidlər Xiyabanında dəfn edilmiş Ordumuzunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun, məzarını ziyarət edərək, şəhidlərimizin məzarları üstünə gül dəstələri düzdülər. Şəhidlərimizin ruhuna dualar oxudular. 7 sentyabr tarixdə Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadət şərbətini içərək əbədiyyətə qovuşmuş və 28 sentyabr tarixdə dəfn edilmiş Miriyev Sənan Arif oğlunun məzarı önündə çıxış edən Lamiyə Qarayeva Vətən müharibəsində qəhrəman oğullarının hesabına şanlı qələbə əldə etdiyimizi dedi. Bildirdi ki, şəhidlərimiz bizə qələbəni, torpaqlarımızın azadlığını bəxş etdi. Xalqımız dəmir yumruq kimi birləşdi və Ordumuza, Ali Baş Komandanımıza dəstək oldu. Sənan Miriyev də adını şanlı zəfər tarixinə yazdıran qəhrəman Vətən oğullarından biridir. Bizim heç bir zaman şəhidlərimizi unutmağa haqqımız yoxdur. Şəhidlərimizin hünəri, fədakarlığı sayəsində 30 il ərzində düşmən tapdağı altında inildəyən torpaqlarımızı işğaldan azad etdik.
Qeyd edək ki, Miriyev Sənan Arif oğlu 1998-ci il mart ayının 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Xocalı şəhər sakinidir. Xocalı şəhər 4 saylı orta məktəbin məzunu olub. Sənan 2016-cı ilin aprel ayında hərbi xidmətə çağırılmışdır. O, Dövlət Sərhəd Xidmətində çavuş kimi hərbi xidməti başa vurduqdan sonra ehtiyyata buraxılmışdır. 2020-ci il sentyabrın əvvəlində könüllü olaraq ordu sıralarına ərizə verdikdən sonra Azərbaycan Ordusunun əks-kəşfiyyat bölüyünə yazılaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 27 sentyabr tarixdə Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Sənan Miriyev Ağcabədi rayonu Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən, Miriyev Sənan Arif oğlu "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Məkanı cənnətdir, ruhu şad olsun.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






















